KXDR Yapon dənizinə ballistik raket atıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən Yapon dənizinə atılmış mərmi ehtimal ki, ballistik raket olub.

Bu barədə “Kiodo” agentliyi xəbər verib.

“Yaponiya hesab edir ki, Şimali Koreyanın buraxılmış mərmi ballistik raket idi”, – agentliyin saytındakı xəbərdə deyilir.

Qeyd edək ki, Cənubi Koreya ordusunun Qərargah Rəislərinin Birləşmiş komitəsi Koreya Xalq Demokratik Respublikasının Yapon dənizinə tərəf naməlum mərmi atması barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB