İngiltərə yanacaq böhranından "əziyyət çəkir"

Benzin yoxdur, yanacaqdoldurma məntəqələrində növbələr yaşanır

Bu gün İngiltərədəki əksər yanacaqdoldurma məntəqələrində növbələr var, bəzilərində isə qazın olmadığını bildirən işarələr asılıb.

Ölkənin “Sky News” telekanalı hökumətdəki mənbələrə istinad edərək hakimiyyətin yanacaq böhranı səbəbindən ordunu səfərbər etməyə hazırlaşdığını bildirib.
Ölkənin kütləvi informasiya vasitələri isə, hökumətin növbələr səbəbindən ehtiyat tədbiri olaraq belə bir addım ata biləcəyini istisna etmir. Maraqlıdır ki, bununla bağlı başqa detallar hələ ki, açıqlanmır.

Xatırladaq ki, bir müddət bundan əvvəl “The Times” nəşri Britaniyada sürücü çatışmazlığı probleminin yanacaqdoldurma məntəqələrinə yanacaq tədarükünün kəsilməsinə səbəb olduğunu yazmışdı.

Maraqlıdır ki, vəziyyətin daha da pisləşəcəyi təqdirdə , ölkə səlahiyyətliləri “Escalin əməliyyatı” adlı yeni bir planı həyata keçirməyi planlaşdırırağaqlarını da gizlətməmişdilər. Həmin plana görə, yanacaq daşıyan maşınlara sürücü kimi hərbçilər cəlb ediləcəklər.

Qeyd edək ki, İngiltərə son bir neçə ayda yük maşını sürücülərinin və yanacaq daşıyan maşınların çatışmazlığı səbəbindən ərzaq təchizatı zəncirində fasilələrlə üzləşib. Hətta vəziyyət o yerə çatıb ki, neft şirkətləri bəzi yanacaqdoldurma məntəqələrini bağlamaq məcburiyyətində qalıblar.

...Ölkə sakinləri isə çaxnaşma içində benzin almaq üçün növbəyə dayanıblar.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə