ABŞ hipersəs raketini sınaqdan keçirib

ABŞ ordusu hipersəsli silahların uğurlu sınağını keçirildiyini bildirir. Bildirək ki, olay barədə Pentaqonun Ətraflı Tədqiqat Layihələri Agentliyi məlumat verib.

Beləliklə, verilən məlumata görə, sınaq vaxtı raket təyyarədən buraxılıb. Belə ki, sıfırlamadan bir neçə saniyə sonra onun ramjet mühərriki işə düşüb. Uçuşda raketin sürəti səs sürətindən 5 dəfə çox olub.

Qeyd edək ki, testlər ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə həyata keçirilib. Yeri gəlmişkən bildirək ki, sınaq raketləri dünyanın ən böyük aerokosmik, kəşfiyyat və müdafiə xidmətləri təminatçılarından biri olan “Raytheon Technologies Corporation” tərəfindən hazırlanıb. O, karbon yanacaqları və hava qarışığı ilə işləyən “Northrop Grummann” mühərrikləri ilə təchiz edilib.

Bildirək ki, ötən həftə baş tutan testlərin uğurlu keçdiyi də xüsusi qeyd edilib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə