Bütün bunların günahkarı təkcə Nikoldurmu?

Deyirlər, cox vaxt “qaçan da, elə onu qovan da Allahı çağırır”. Niyə bu məsəli çəkirəm? …Məsələ bundadır ki, bu gün ermənilər də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən düçar olduqları məğlubiyyətin acısını yaşayırlar. Əslində, "özü yıxılan ağlamaz". Vaxtilə kimlərinsə qanadı altına sığınıb, Azərbaycana “meydan oxuyan” ermənilər gərək ki, nə vaxtsa onları gözləyən “qətl gününü” yaddan çıxarmayaydılar. İndi isə onlar yaşadıqları “uğursuzluqlarının” günahkarını” axtarıırlar. Deyəsən, tapıblar axı...

...Artıq bu, inkar edilməməli olan bir faktdır, sən demə, 44 günlük müharibədə, bu müharibənin uduzulmasında ən böyük günahkar Nikol Paşinyanmış. Məhz onun səriştəsizliyi, naşılığı ermənilərin bu müharibədə uduzmasına gətirib çıxarıb. Bunda əlavə, guya nə Ermənistan dövləti, nə erməni cəmiyyəti, nə də erməni ordusu müharibəyə hazır deyilmiş. Demə, həmən ərəfədə bütün ermənilər, demək olar ki, hər gün hakim komanda tərəfindən başladılan siyasi şoularla məşğul imiş. Yəni həmin ərəfədə Ermənistanda ictimai düşüncə arxa plana keçibmiş. 2016 -cı ildə hərbi əməliyyatlardan sonra burunları əzilsə də, amma özlərini o yerə oymayıb, Artsrun Ovannisyanın dili ilə ermənilərin silahlanma planının dəyişdirilməsi barədə dedikləri də artıq arxa planda qalıb unudulmaqdaymış.

Amma... bu gün ermənilər daha bir yenilik kəşf ediblər. Demə, 2018 -ci ildə Paşinyanın hakimiyyətə gəlməsi Ermənistanda nəinki dövlətçiliyinin qarşısında duran problemləri həll etməmış, əksinə, bir sıra problemləri daha da pisləşdirib və bu problemlərə yenilərini də əlavə edibmiş.

...Bunlar hamısı bir yana ...sən demə, Azərbaycan da yaxçı eləməyib, ermənilərə elə bir məqmda hücum edib ki, bu hücumun nə vaxtı, nə də məqamı, erməniləri heç cür qane etmirmiş.

Bundan əlavə, həmin ərəfədə hamı öz dərdiylə məşğulmuş, yəni dünya pandemiya ilə mübarizə aparırmış. Ona görə də, bəzi “ermənisevər” dünya liderlərinin Nikolun telefon zənglərinə cavab verməmələri ... haradasa, başa düşüləndir. Ermənilərə görə, əslində bu da günah və ya günahkar kimi, Nikolun adına yazılmalıdır.

Bundan əlavə, həmin ərəfədə Ermənistandakı daxili siyasi çəkişmələr də diqqətdən qaçmamalıdır. Ən əsası, Paşinyanın dilini “dinc saxlamayıb” təxribatçı bəyanatlar verməsi də öz işini gördü. Bu da keyfiyyətli müasir silahlarla təchiz edilən Azərbaycan Ordusunun ermənilər üzərində üstünlüyünü ortaya qoydu.

Əslində, indi ermənilər bu gün öz məğlubiyyətlərini ört-basdır etmək üçün nə qədər desən bəhanə gətirə bilərlər, amma...

Hazırda onların Nikola ünvanladığı iradlardan biri də, döyüşlərin ilk günündən bunun qarşısını, yəni dayandıra bilməməsi ilə əlaqədardır. Ermənilərə görə, Nikolun iki dəfə, 7 və 19 oktyabrda hərbi əməliyyatları dayandırmaq imkanı olub. Lakin o, bu imkanlardan yararlanmayıb, bilirsiniz niyə, sonrdan özünün də dediyinə görə, o, erməni tarixinə “xain damğası” ilə düşmək istəməyib(?).

Bəli, Nikol indi ermənilərin onu “yararsızın biri” kimi çağırmalarını, insan həyatını xilas edib “xain” damğası almaqdan üstün tutub.

Əslində, etiraf edilməlidir ki, əksər erməni səlahiyyəliləri kimi Nikol da elə müharibənin ilk günündən ermənilərin məhvə məhkum olacağını yaxşı başa düşürdü. Deyim ki, bunu “artsaxın saxta prezidenti” Arayik Harutyunyan ondan da yaxşı qanırdı. Amma həmişə kənardan “onları qoruyacaq qüvvələrin” olacağına ümid edən ermənilərin budəfəki ümidlərinin boşa çıxması ermənilərin “axırını” gətirdi.

Qeyd edk ki, bu gün əksər ermənilərə yer edən bilirsiniz nədir: məğlub müharibədən bir il sonra Paşinyanın hələ də hakimiyyətdə oturması. Sən demə, beynəlxalq ictimaiyyətin işi-gücü qurtarıb deyə, ancaq Ermənistanın belə bir liderindən razılıq etməklə “məşğulmuş”: “...çünki ona diktə edilən şeyləri itaətkarlıqla yerinə yetirəcək bir “lidermiş”.

...Təbii ki, vaxtilə sabun köpüyü kimi şişirdilərək “məğlubedilməz” ayəməsi verilmiş bir ordunun elə ilk döyüşlərdə fərarilik edib qaçmasını, ermənilər öz siyasi uğursuzluqlarını kiminsə adına yazmalıdırlar axı...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə