Herat şəhər meydanında... dörd cəsəd asılıb...

...Əfqanıstanın şimal-qərbindəki Herat şəhərinin mərkəzi meydanında dayanmış krandan... dörd cəsəd asılıb. “Associated Press” agentliyi şahid və “Taliban” nümayəndələrinə istinad edərək yazır ki, “... yaraqlılar cinayət törətdiklərinə görə insanları edam ediblər və cəsədlərini hələ də ictimaiyyətə nümayiş etdirirlər”.

Agentlik “Taliban”a istinad edərək yazır ki, edam edilən dörd kişi ata və oğulu oğurlamaqda ittiham ediliblər.

“Taliban” silahlılardan birinin dediyinə görə, bu “hərəkət” gələcək cinayətkarları xəbərdar etmək üçün həyata keçirilir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə