Bu gün Almaniya parlamenti seçkilər keçirir

Bu gün Almaniyada bəzi mütəxəssislərin tarixi adlandırdıqları parlament seçkiləri keçiriləcək.

Seçkilər Avropa İttifaqının lokomotivi olan ölkənin qarşıdakı 4 illik siyasi kursunu, sosial-iqtisadi inkişafını müəyyən edəcək. Hazırkı kansler Angela Merkel bu dəfə öz namizədliyini irəli sürməyib və daha əvvəl Nazirlər Kabinetinin formalaşmasından sonra ümumiyyətlə siyasətdən gedəcəyini bildirib. Beləliklə, “dəmir xanım”ın 16 illik idarəçiliyindən sonra Almaniyanı “yeni era” gözləyir.

Sosioloji institutlar Almaniyanın Sosial Demokrat Partiyasının, Xristian Demokratik və Xristian Sosial İttifaqı mühafizəkar blokları arasında son dərəcə gərgin mübarizənin olacağını bildirirlər.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00-da -red.) açılacaq və saat 18:00-da (19:00) bağlanacaq. Məntəqələrin bağlanmasından dərhal sonra ARD və SDF telekanalları “exit poll”un ilk nəticələrini yayacaq. İlkin rəsmi nəticələr, gözlənildiyi kimi, bazar ertəsi gecə, yekun nəticələr isə sonrakı günlərdə elan ediləcək.

Almaniyada səsvermə həmçinin poçtla da mümkündür və avqustun 16-da başlayıb.

Bugünkü parlament seçkilərində Almaniyanın yenidən birləşdirilməsindən ən çox sayda partiya iştirak edir.47 siyasi birlik öz namizədlərini irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə