Saakaşvili gürcüləri Gürcüstana…seçkiyə çağırır

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkədə xaricdə yaşayan gürcülərə müraciət edib: “…Xaricdə yaşayan gürcülərə müraciət etmək istərdim. İndi bilet alıb Gürcüstana gələ bilmənizin vaxtıdır. Çünki indi Gürcüstanın taleyi həll olunur. Mən bunu bilirəm, eyni şeyi edəcəyəm…

“…Bu gün sənədləri qaydasında olmadığı üçün iş görə bilməyənlər, qohum və yaxınlarına zəng vuraraq, seçkiyə getmələrini söyləyirlər. Mən sizi təslim olmamağa çağırıram. Bu kritik bir zamandır! Dostlar, hamımızın hər şeyi təxirə salmalı olduğumuz, hər şeyi yaxın olan qələbəyə yatırmalı olduğumuz vaxtdır”.

Qeyd edək ki, xaricdə yaşayan gürcü mühacirləri Gürcüstana seçkilərdə səs verməyə çağıran Saakaşvili, onlara “eyni şeyi edəcəyini” vəd edir.

“…Bu gün daxili sorğulara görə, “Gürcü Arzusu” ölkədə elə də bir nüfuza sahib deyillər. Onların seçkidə topıadıqları səslər heç 43 faizə belə yaxınlaşmır”.

Deyin ki, bunu da sabiq prezident deyir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə