Elektron COVID sertifikatlarına etiraz edirlər ROMA SAKİNLƏRİ

Elektron COVID-sertifikat sistemlərinə qarşı daha bir nümayiş Romada, San-Covanni-in Laterano meydanında keçirilir. SİA xəbər verir ki, bu barədə RİA Novosti yerli müxbirin informasiyasına əsasən məlumat yayıb.

Məlumata görə, etirazçılar meydanı sıx bir izdihamla doldurublar. Müxbirin sözlərinə əsasən, aksiyada mindən çox adam tolpanıb. Çıxış edən fəallardan biri yaşıl keçidlə bağlı vəziyyəti "12 alimin əleyhinə çıxan" faşist rejimi dövrü ilə müqayisə edib.

Aksiya iştirakçıları ənənəvi olaraq İtaliyanın aparıcı siyasətçilərinin şüarları və kollajları olan plakatlar gətiriblər. Plakatların birində, "Biz sadəcə laboratoriya siçanıyıq", yazısı qeyd olunub və gəmiricinin şəkli təsvir olunub.
Xatırladaq ki, İtaliyada fəaliyyət göstərən elektron sertifikat sisteminin əleyhdarlarının nümayişləri avqustun əvvəlindən hər şənbə günü İtaliyanın böyük şəhərlərində keçirilir. Kütləvi yürüş, xüsusən, Trieste şəhərində baş tutub və “La Stampa” qəzetinə görə, 7 minə qədər insan küçəyə çıxıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...