İspaniyada vulkan püskürməsi davam edir

Sentyabrın 19-dan etibarən İspaniyanın La Palma adasında aktiv olan Kumbre Vieja vulkanındakı partlayışların intensivliyinin artması səbəbindən adada ticarət uçuşlarının ləğv edildiyi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ən şiddətli püskürmələrin olduğu vulkandan çıxan lavanın 16 kilometrlik 240 hektar ərazidə qaz və tüstü 4500 metr yüksəkliyə çatıb. Digər tərəfdən, indiyə qədər 6 min insanın təxliyə edildiyi La Palma bölgəsində, vulkan səbəbi ilə bu gün üç məhəllədən daha 400 adamın təxliyə edildiyi açıqlanıb.

İspaniya Geologiya və Mədən İnstitutu, yeni axan lavaların təxminən 60-80 metr/saat sürətlə hərəkət etdiyini bildirib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə