Bekmansurovun müalicəsinə iki milyon rubl xərclənib...

Qeyd edək ki, bu gün bəzi ruslar sentyabrın 20 -də Perm Dövlət Universitetində insident yaşadan 18 yaşlı tələbə Timur Bekmansurovu aqibəti ilə maraqlanırlar.

Qeyd edək ki, rus saytlarının verdiyi məlumatlarda Bekmansurovun şüurlu olduğu, lakin hələlik ağızındakı boru səbəbindən danışa bilmədiyi deyilir. Hazırda onu müalicə edən həkimlər hələ ki, müstəntiqləri də onun yanına buraxmırlar.O da qeyd edilir ki, artıq özünə gələn Bekmansurovun vəziyəti stabildir, lakin ağırlaşmaların da baş verə biləcəyi istisna edilmir. Xatırladaq ki, baş verənlərdən sonra həkimlər Bekmansurovun ayağını kəsmək məcburiyyətində qlıblar.

Hazırda yaxınlarını itirən yerli vətəndaşların xəstəxanaya hücum etmək cəhdlərinin qarşısını almaq üçün mühafizəçilər onun palatasında növbətçilik edirlər.

Onu da qeyd edək ki, Bekmansurovun müalicəsi üçün təxminən iki milyon rubl xərcləndiyi bildirilir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə