İspaniyanın Palma adasındakı (Kanar Adaları) hava limanı vulkan püskürməsi səbəbindən bağlanıb. SİA xəbər verir ki, bu barədə İspaniyanın hava limanının operatoru,

"Hava limanı Palma adalarında kül yığıldığı üçün işləmir. Təmizləmə işlərinə başlanılıb, amma vəziyyət hər an dəyişə bilər", deyə operatorun Twitter-dən göndərdiyi mesajda deyilir.

Kanar adalarında qalan hava limanları fəaliyyətini davam etdirir, lakin operator məlumatları dəqiqləşdirmək üçün aviaşirkətlərlə əlaqə saxlamağı məsləhət görür.

Xatırladaq ki, Palma vulkanı yeddinci gündür püskürür. Mütəxəssislərin fikrincə, lava əksəriyyəti yaşayış binaları olan 400-dən çox binanı məhv edib. Fəlakət zonasından 6 mindən çox insan təxliyə edilib. Kanar Adaları Vulkanologiya İnstitutunun proqnozlarına görə, püskürmə 24 gündən 84 günə qədər davam edə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə