Etirazçılar neft kəmərini kəsdilər və hava limanını ələ keçirdilər

Sudanın şərqindəki nümayişçilər şənbə günü paytaxt Xartumu Hay şəhəri ilə bağlayan neft boru kəməri əlaqəsini kəsdiklərini bildiriblər və Bedja Qəbilələrinin Ali Şurasından bir qrup etirazçı ölkənin şimal-şərqindəki Port Sudan hava limanına yollanıb, hava limanını bağlayıb. SİA xəbər verir ki, bu barədə Bedja Qəbilələrinin Ali Şurasın Facebook səhifəsindəki bəyanatında deyilir.

"Şərq inqilabçıları, Ali Şuranın qərarı ilə, Hay-Xartum neft boru kəmərini bağlayıblar", deyə şuranın Facebookdan verdiyi açıqlamada bildirilir.

Etirazçılar şəhərin dəmiryol stansiyasına da nəzarəti qurublar və bu xətt Port Sudan və digər əsas limanların yerləşdiyi Qırmızı dəniz sahillərinə aparır.

Yerli mətbuatın yazdığına görə, Sudanın şərq əyalətləri sağlamlıq, təhsil kimi əsas xidmətlərin çatışmazlığından əziyyət çəkir və əhali yoxsulluq içində yaşayır.

Xatırladaq ki, 2020 -ci ilin oktyabr ayında, Cənubi Sudanın paytaxtı Cubada, Sudan Hökuməti ilə Cənubi Sudan və qərbdəki Darfur bölgəsi ilə sərhəd bölgələrdə fəaliyyət göstərən silahlı qruplar arasında sülh müqaviləsinin imzalanması -"inqilabi cəbhə" adlandırılıb. Bu sənəd keçmiş silahlılarla güc və təbii sərvətlərin bölünməsini, milli ordunun tərkibinə, federal və yerli hakimiyyət orqanlarının idarəetmə orqanlarına daxil olmasını təmin edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...