Orta Asiyada təhlükəsizlik problemləri həllini gözləyir

Son illərdə coğrafi mövqeyinə görə Orta Asiya bir çox ciddi təhlükəsizlik problemi ilə üzləşməkdədir. Belə ki, bu gün Əfqanıstanda baş verən son siyasi dəyişikliklər sərhədlərin möhkəmliyi məsələsini gündəmə gətirib və Mərkəzi Asiyanı kritik bir təhlükəsizlik bölgəsinə çevirməkdədir.

Maraqlıdır ki, ötən gün Türkiyənin “Sabah” nəşri Orta Asiyanı Əfqanıstanla birləşdirən transmilli ekstremist şəbəkələrdən, eləcə də qonşu ölkələr arasında əməkdaşlığın olmamasından yazıb.

Etiraf edilməlidir ki, bu gün Mərkəzi Asiyada təhlükəsizlik problemləri bölgənin beynəlxalq siyasi arenadakı mövqeyi ilə müəyyən edilir. Hazırda bu ərazilərdə regional təhlükəsizlik tədbirləri kompleksinin olmaması bölgədə həm dövlət, həm də özəl qlobal oyunçuların ortaya çıxmasına səbəb olmaqdadır.

Xatırladaq ki, özbəkistanlı professor Rüstəm Burnaşevə görə, bu gün Orta Asiya dövlətləri fərqli regional güclərə meyl edirlər. Özbək professora görə, bu ölkələrin əlaqəsinin ciddi şəkildə zəifləməsinə və nəticədə bütün regional quruluşun dəyişməsinə gətirib çıxarmaqdadır. Təbii ki, bu onun subyektiv fikirləri kimi də qəbul edilə bilər.

Amma bu gün bu ərazilərdə təhlükəsizlik problemlərinin ciddi təhlükə yaratdığı şəksizdir. Əslində bu təhdidlərə qarşı beynəlxalq və regional əməkdaşlığı inkişaf etdirmək lazımdır. Təbii ki, ölkələr arasındakı qarşılıqlı əlaqələr aparıcı ölkələrin maraqlarına cavab verir, onlara regional təhlükəsizlik risklərini azaltmağa və tərəfdaşlığın inkişafına kömək edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə