"Türkiyə iqlim böhranı ilə mübarizə öhdəliyini davam etdirəcək"

Türkiyə iqlim böhranı ilə mübarizədə və təmiz enerji dönüşümünü təmin etməkdə öz üzərinə düşəni həyata keçirməyə davam edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Enerji Dialoqu Toplantısına videomüraciətində deyilib.

Müraciətdə qlobal istiləşmə və iqlim dəyişikliyinin bəşəriyyət tarixinin ən əhəmiyyətli problemlərindən biri olduğunu vurğulayan Türkiyə Prezidenti deyib: “Bu böhran yalnız qlobal əməkdaşlıq sayəsində idarə edilə bilər. Bunun üçün kimsəni geridə qoymamalı və ədalətli yük paylaşımını təmin etməliyik. Bu istiqamətdə ən əhəmiyyətli töhfəni enerji sektorunun verəcəyi məlumdur. Buradakı düstur da aydındır. Ənənəvi enerji mənbələrindən istifadə azaldılmalı, bərpa olunan və təmiz enerji mənbələri genişləndirilməli, enerji səmərəliliyi artırılmalıdır. Türkiyə olaraq, bərpa olunan enerjidə və enerji səmərəliliyində böyük bir uğura imza atırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...