Rusiya miqrantlar üçün viza tətbiq edir...

Bu gün Rusiyanın xarici işçilərə ehtiyacı var. Lakin maraqlıdır ki, yenə də bu gün Rusityada yaşanan bir çox problemlər, baş verən münaqişələr daha çox miqrantların adı ilə əlaqələndirilir.

Qeyd edək ki, hazırda Rusiya ərazisində xeyli əmək miqrantı olan Orta Asiya dövlətləri ilə viza rejimi yoxdur.

Bildirək ki, bu gün Rusiyada təqribi hesablamalara görə, 2 milyon Özbəkistan, 1,2 milyon Tacikistan, 1 milyon Qırğızıstan və iqtisadiyyatı kifayət qədər inkişaf etmiş Qazaxıstanın 700 min vətəndaşı miqrant kimi işləyir.

Maraqlıdır ki, Rusiyanın Türkmənistanla viza rejimi mövcud olsa da, amma onların şimal qonşularında miqrant kimi sayı çox azdır və təbii ki, bu da ayrı yazı mövzusudur...

Adicə olaraq deyək ki, Orta Asiyanın ən kiçik ölkəsi olan Türkmənistanda uzun müddətdir ki, əhalinin siyahıya alınması aparılmır. Belə ki, bu ölkədə kifayət qədər sərt bir avtoritar rejim mövcuddur ki, buna görə də oradan köç etmək çox çətindir. Buna baxmayaraq, türkmənlər daha çox Türkiyəyə getməyi üstün tuturlar. ...Qeyd edək ki, türkmənlər də azərbaycanlılar kimi türklərin Oğur qoluna mənsubdurlar.

Amma etiraf edilməlidir ki, SSRİ-nin dağılmasından sonra Orta Asiya ölkələrindəki insanların əksəriyyəti hələ də Rusiyanı yaşamalarını təmin edən mərkəzi güc kimi görürlər.

Maraqlıdır ki, hazırda ruslar üçün Belarusiya, Ukrayna və Moldovanın əmək ehtiyatları əsasən tükənmək üzrədir. Amma ruslara görə, Orta Asiya onlar üçün ən azı daha 10-20 il işçi bölgəsi olaraq qala biləcək. Bundan əlavə bu, Rusiya üçün nisbətən məqbul əmək resursları mənbəyidir

Amma qeyd edilməlidir ki, son günlər ən "kəskin problemi" hələ də Əfqanıstan məsələsidir. Təbii ki, bu da Rusiyadan Orta Asiya ölkələri ilə əlaqələrini hər cür gücləndirməsini tələb edir.

Etiraf edək ki, bu gün Orta Asiya ölkələrindəki bəzi “filtirlər” elə də optimal işləmir, yəni bu ölkələrin sərhədini keçmək əfqanlar üçün elə də bir çətinlik törətmir. Məhz ona görə də bu məsələ Rusiyadan Orta Asiya ölkələri ilə viza rejimini tətbiq edib və öz sərhədləri gücləndirməyi tələb edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...