Keniya-Somali sərhədində partlayış

Keniya ilə Somali sərhədindəkii Elvak qəsəbəsi yaxınlığındakı ordu düşərgəsində partlayış baş verib.

Somali xəbər portalı “Shabelle Media Network” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər keniyalı əsgər həlak olub.

Partlayış Keniyalı əsgərlərin Somalidən olan iki nəfəri saxlayaraq ordu düşərgəsinin yerləşdiyi yerə aparmasından bir neçə saat sonra baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə