Ermənilərin “ilkin şərtləri” artıq əsassızdar…

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün keçirilən növbəti hökumət iclasından sonra jurnalistlərə Türkiyənin irəli sürdüyü ilkin şərtlərlə münasibətlərə başlamağın çox çətin olacağını bildirib.

Maraqlıdır ki, “ilkin şərtlər” deyən şura katibi erməni jurnalistin sualını cavablandırarkən, əslində, bu sahədə elə özünün də məlumatlı olmadığını ortaya qoymuş olub.

Məsələn, onun “əvvəlki hökumət dövründə də daxil olmaqla, Türkiyə ilə əlaqələrin heç bir şərt olmadan həll edilməli olduğunu” söyləməsi qəribə görünür.

Məsələ bundadır ki, vaxtilə Türkiyənin Ermənistanla münasibət quruculuğunda irəli sürdüyü şərtlərin bəziləri arıq öz həllini tapmaqdadır. Təbii ki, burada Türkiyənin Azərbaycanla bağlı irəli sürdüyü şərtlər də nəzərdə tutulur.

Amma Qriqoryanın “…Türkiyə ilə dialoqu, Azərbaycanla əlaqələrdən ayırmaq lazımdır” deməsi də, qəribə görünür.

Çünki bu gün artıq İrəvanın, hətta Türkiyənin təsiri olmadan belə, Bakı ilə münasibətləri normallaşdırmağa hazır olacağına dair bəzi işarələr artıq sezilməkdədir.

Qeyd edək ki, bunu bəzi erməni səlahiyyətliləri ilə yanaşı, Qarabağ Erməni Hərəkatının rəhbəri Artur Ağacanov da etiraf edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə