Daha 1 698 nəfər koronavirusa yoluxub - GÜRCÜSTANDA

Gürcüstanda ötən sutkada daha 1 698 nəfərdə koronavirus aşkarlanıb, 1 910 nəfər müalicə olunaraq sağalıb. SİA-nın məlumatına görə, son 24 saat ərzində 38 ölüm faktı qeydə alınıb.

Qonşu ölkədə indiyədək 603 763 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. Onların 572 353-ü sağalıb, 8 749-u dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə