"Koronavirusa yoluxma hallarının sayı 230 milyonu ötüb - DÜNYADA

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 230 milyonu ötüb. SİA ayrı-ayrı ölkələrin müvafiq dövlət orqanlarının statistikasına istinadən xəbər verir ki, təhlükəli infeksiyaya yoluxma hallarının sayı 230 985 679-ə çatıb.

COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb - 43 404 877. Birləşmiş Ştatlar COVID-19-dan ölüm hallarının sayına görə də dünyada birinci yerdədir.

Virusa yoluxma halları üzrə siyahıda sonrakı yerlərdə Hindistan (33 563 421), Braziliya (21 283 567), Böyük Britaniya (7 530 103), Rusiya (7 354 995), Fransa (6 971 493), Türkiyə (6 932 453), İran (5 493 591), Argentina (5 245 265) və digər ölkələr qərarlaşıb.

Pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 4 734 917 insan ölüb. COVID-19-dan sağalanların sayı 207 693 605 nəfər təşkil edir. Hazırda 18 557 157 nəfər kronavirusdan müalicə olunur.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə