NATO gəmiləri Qara dənizə giriblər

NATO -nun iki hərbi gəmisi Qara dənizə giriblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamentindən məlumat verilib. Departament, İspan Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi olan “Rayo” və İtalyan Hərbi Dəniz Qüvvələrinin mina gəmisi “Viareggio”nun ötən gün axşama yaxın Qara dənizə girdiyini qeyd edib.

Qeyd edək ki, Rusiyanın Qara Dəniz Donanmasının qüvvələri və vasitələri artıq NATO -ya üzv ölkələrin gəmilərinin hərəkətlərinə nəzarət etməyə başlayıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə