Ermənistanda xalqın maraqları düşünülmür...

Nə erməni rəhbərliyi, nə də erməni müxalifəti üçün xalqın maraqları elə bir önəm daşınır

...Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamağın nə dərəcədə ehtimalı var?

... buna Ermənistan tərəfdən nə mane olur?

...Qarabağ erməniləri hansı şərtlərdə separatçı ideyalardan əl çəkməyə hazırdır.

Deyim ki, bu suallar Qarabağ Erməni Hərəkatının rəhbəri Artur Ağacanova ünvanlanıb.

Beləliklə, hərəkat rəhbərinin fikrincə, bu gün İrəvanın Bakı ilə münasibətləri normallaşdırmağa hazır olacağına dair artıq kiçik işarələr var. Ermənistanın əsl maraqları, liderliyindən fərqli olaraq, həm Azərbaycan, həm də Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin normallaşdırılmasıdır. Etiraf edim ki, Azərbaycanla münasibətlərin bərpasında iqtisadi amil həlledici rol oynamalıdır. Amma, deyəsən, erməni rəhbərliyində hələ ki, qətiyyət çatmır...

Artur Ağacanov daha sonra deyir: “...Düşünürəm ki, Ermənistan rəhbərliyi də müxalifət kimi xalqın maraqlarını düşünmür. Səylərini xalqın xeyrinə birləşdirmək əvəzinə hakimiyyət uğrunda mübarizə aparırlar. Əslində bu gün Ermənistanın üzləşdiyi siyasi və iqtisadi böhranların günahkarı onlardır”.

Maraqlıdır, Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı sakinlər hansı şəraitdə Azərbaycan bayrağı altında yaşamağa hazır olacaqlar?

Hərəkat rəhbərinin fikrincə, bunun üçün Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin təminatı tələb olunur ki, Rusiyanın sülhməramlılarının məsuliyyət zonasında Azərbaycan tərəfi ilə razılaşdırılmış yeni hökumət olsun. Yerli hakimiyyət orqanlarına Qarabağ azərbaycanlılarının iştirakı ilə ədalətli və şəffaf seçkilər keçirmək lazım gələcək. Çox istərdim ki, Qarabağ erməniləri ilə Qarabağ azərbaycanlıları arasında bir görüş olsun. Bunun üçün sosial proqramlar, iş yerlərinin açılması və bəlkə də mədəni muxtariyyət tələb olunacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə