İqlim fəlakətlərindən zərər çəkənlərin sayı açıqlandı BMT BAŞ KATİBİ TƏRƏFİNDƏN

2021-ci ildə iqlim dəyişikliyinin yaratdığı fəlakətlər səbəbiylə dünyada 20 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb və zərər çəkib. SİA xəbər verir ki, bu sözləri təşkilatın baş katibi Antonio Quterres, BMT Təhlükəsizlik Şurasının iclasında söyləyib.

"Keçən il iqlimlə əlaqədar fəlakətlər nəticəsində 30 milyondan çox insan köçkün vəziyyətinə düşüb", deyə Quterres bildirib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələr, iqlim dəyişikliyinə qarşı mübarizəni maliyyələşdirmək üçün 100 milyard dollar ayıracaqları barədə vədlərinə əməl etməlidirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...