Ukraynanın kimə açıq olduğu barədə ZELENSKİ SÖYLƏDİ

Ukrayna prezidenti Vladimir Zelenski de-oliqarxizasiya haqqında qanunun qəbul edilməsini alqışlayıb və Ukraynanın böyük biznesə açıq olduğunu, ancaq məmurlara, siyasətçilərə və mediaya oliqarxik təsir göstərə bilməyəcəyini söyləyib. SİA xəbər verir ki, Ukrayna prezidenti bu barədə Twitter -də yazıb.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna parlamenti prezidentin təşəbbüsü ilə "oliqarxlar haqqında" qanunu qəbul edib və bu qanuna əsasən Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTŞ) oliqarx kimi tanınmaqla bağlı qərar qəbul edəcək və xüsusi reyestr aparacaq.

"5599 saylı deoliqarxizasiya haqqında qanun layihəmin Ukrayna parlamenti tərəfindən qəbul edilməsini alqışlayıram! Ukrayna böyük biznes üçün açıqdır, amma məmurlara, siyasətçilərə və mediaya oliqarxik təsir göstərmək üçün deyil. Bu gün bundan qurtulmaq üçün daha bir addım atdıq. Dəstək olduqları üçün bütün millət vəkillərinə təşəkkür edirəm!"" deyə Prezident Twitter -də qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...