Cümə axşamı səhər Ukraynanın Ternopol bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ölkənin Xüsusi Nəzarət Mərkəzi xidməti məlumat yayıb.

Məlumata görə, insanlar demək olar ki, 100 kilometr radiusda sarsıntı hiss ediblər. Qeyd olunur ki, sonuncu dəfə belə bir təkan fenomeni 2002 -ci ildə burada qeydə alınıb.

"Zəlzələnin mənbəyi Ternopol bölgəsi ərazisində, Çertkov şəhəri yaxınlığında, 6 kilometr dərinlikdədir. Təsnifata görə, zəlzələ "mülayim" olaraq təsnif edilir, onu otaqdakı insanlar hiss edir, asılan cisimlər sürətlə yellənir, şəkillər yerində hərəkət edir", deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatlarına görə, zəlzələ ən çox Çertkov şəhərində hiss edilib, lakin təkanlar episentrdən 65-80 kilometr aralıda da hiss olunub.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin regional şöbəsinin mətbuat xidmətindən verilən məlumata görə, zəlzələdən sonra heç bir mənfi nəticə yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə