Əlcəzair Mərakeş üçün hava məkanını bağlayıb

Əlcəzair Ali Təhlükəsizlik Şurası Mərakeş tərəfindən mümkün təxribatların qarşısını almaq üşün bu ölkəyə hava məkanını bağlı elan edib.

Bu barədə ölkənin Prezident Administrasiyasının tvitter səhifəsində məlumat yayılıb.

Məlumata görə, sentyabrın 22-dən Mərakeş mülki və hərbi aviasiyasına Əlcəzairin hava məkanı üzərindən uçmaq qadağan edilir.

Qeyd edək ki, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqustun 24-də Mərakeşlə diplomatik əlaqələrin kəsildiyini elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə