Ukrayna prezidentindən maraqlı təklif...

Zelenski BMT Baş Assambleyasının iclaslarını qaynar nöqtələrdə keçirməyi təklif etdi
Ukrayna prezidentindən maraqlı təklif...

Ukrayna prezidenti Vladimir Zelenski, Baş Assambleyanın iclaslarının qaynar nöqtələrin yaxınlığında keçiriləcəyi təqdirdə BMT-nin işinin daha da təsirli ola biləcəyini bildirib.

Belə ki, Baş Assambleyanın sessiyasındakı çıxışı zamanı Zelenski, təşkilatı “canlandırmaq” üçün “mobil olmaq” lazım olduğunu söyləyib.

“...Bəlkə də qlobal problemləri həqiqətən eşidə və ya görə biləcəyiniz bir yerdə görüşməyin vaxtı gəlib”-deyən Ukrayna prezidentinin fikrincə, “...BMT-ni canlandırmaq üçün bu həqiqət də lazımdır”.

“...Bu vəziyyətdə, təsirə malik olanların hamısı qaynar nöqtələrə sülh gətirmək səylərini dəstəkləyərdi. Xüsusilə, o zaman mərmi Əfqanıstan torpağında partlamaz və avtomatik atışlar əhalini qorxutmazdı”.

Qeyd edək ki, Zelenskinin çıxışı Prezident Aparatının “Facebook” səhifəsində yayımlanıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə