Yaşayış evində yanğın...ölənlər var

Yaşayış evində yanğın...ölənlər var

Rusiyanın Stavropol şəhərində 10 mərtəbəli yaşayış evində yanğın baş verib.

SİA-nın məlumatına görə, bu barədə "İnterfaks"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yanğın nəticəsində 3 nəfər həlak olub, onların kimliyi müəyyən edilir.

Bildirilir ki, yanğın zamanı yaşayış evindən 20 nəfər təxliyə edilib.

Hazırda yanğın söndürülüb. Yanğının səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə