BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə görüşüb.
SİA-nın məlumatına görə, bu barədə Türkiyə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.
M.Çavuşoğlu bildirib: "Həmkarım E.Blinkenlə Əfqanıstanda, Suriyada və Qafqazda baş verən son hadisələri müzakirə etdik. ABŞ ilə regional məsələlər və birgə əməkdaşlıq sahələrində bütün səviyyələrdə dialoqumuzu davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB