Rusların Amerika polisindən gileyi...

Rusların Amerika polisindən gileyi...

Ruslar amerikalılardan bu dəfə də gileylidirlər. Deyirlər ki, Nyu-York polisi Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərlə bağlı seçki məntəqəsinin yerləşdiyi Rusiya baş konsulluğunun təhlükəsizliyini təmin etmək üçün əməkdaşlarını göndərməyib.

Deyim ki, bunu Rusiyanın Nyu-Yorkdakı baş konsulu Sergey Ovsyannikov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, üç gün ərzində təxminən 540 nəfərə qədər rusiyalı səs verməyə gəlib: “...əslində, ceçki fəallığı aşağı oldu. Halbuki biz iki mindən çox seçicinin gəlib səs verəcəyini gözləyirdik”.

Rusiyalı diplomat kənardan səsverməyə müdaxilə cəhdlərinin olmadığını bildirsə də, amma yerli hüquq-mühafizə orqanları əməkdaşlarının seçki məntəqəsinin təhlükəsizliyi təmin etmək üçün gəlmədiklərini onlara irad kimi bildirib.

P.S: ...yəqin yerli hüquq-mühafizə orqanları əməkdaşları seçki məntəqəsində “gözdə-qulaqda” olub, mühafizəni təmin etsəydilər, nə bilmək olar, bəlkədə səs verməyə gələnlərin sayı daha şox olardı.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə