“Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”
Qeyd edək ki, bu ruslar arasıında seçki ilə bağlı keçirilən rəy sorğusunda onlara ünvanlanan sualdır. Beləliklə, rəyi soruşulan respondentlərin 45,2 faizi Vahid Rusiyaya, 21,0 faizi Kommunist Partiyasına, 8,7 faizi Liberal Demokrat Partiyasına, 7,9 faizi isə Ədalətli Rusiyaya səs verdiklərini bildiriblər.
Qeyd edək ki, sorğu elektron anketlərdən istifadə edərək planşetlərdə aparılıb və məlumatlar real vaxtda işlənib. Onu da bildirək ki, sorğunun keçirilməsi üçün bölgələrin inzibati ərazi bölgüsünə və qeydə alınmış seçicilərin sayının bölgüsünə uyğun olaraq 825 yaşayış məntəqəsində 1455 seçki məntəqəsi seçilib.
…Deməli, Dövlət Dumasına dörd partiya gedir: “Vahid Rusiya”, Rusiya Federasiyası Kommunist Partiyası, Liberal Demokrat Partiyası və “Ədalətli Rusiya”…bu isə “INSOMAR” exit -pollunun məlumatıdır.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB