Erməni xeyriyyəçi Ruben Vardanyan bu gün zəlil gündə yaşayan ermənilərin ölkədəki vəziyyəti dəyişib və nümunəvi bir dövlət yaratmaq üçün unikal şanslarının olduğunu iddia edir. Onun fikrincə, bu gün Ermənistan əhalisi dərin bir böhran yaşayır. Bundan əlavə, əhlinin 70 faizdən çoxu da artıq bu rellıqla barışmaq məcburiyyətində qalıblar.
Vardanyan iddia edir ki, mövcud vəziyyətdən qurtulmasaq, bu halda sonumuz elə də uzaqda deyil. Bəs neyləməli? Erməni xeyriyyəçiyə görə, ilk olaraq, xəyal və arzu dolu düşüncələrlə yaşamağı dayandırıb və real işə keçmək lazımdır. Amma bunun üçün də mümkün qədər çox ermənini cəlb etmək lazımdır.
Əgər bu baş tutsa, onda dəyişiklik üçün unikal bir fürsət yaranacaq.
Maraqlıdır ki, Vardanyan ölkədə “Nikol inqilabının” ermənilər arasında eyforiya, müharibədəki məğlubiyyətin isə dərin böhran yaşatmasının nəticəsi kimi, bu gün erməni əhalisinin 60 faizinin baş verənlərə biganə yanaşıb, vəziyyətin bütün ciddiliyini görmədiklərini bildirir. Onun fikrincə, hazırda ermənilərin 30 faizi artıq ümidlərini itirdiyi üçün hər şeydən imtina edib ölkədən ayrılmaq istəyirlər.
Bu arada başqa bir erməni iş adamı, Amerikanın “Moderna” şirkətinin həmtəsisçisi Noubar Afeyan, bu gün Ermənistanda baş verənləri “kollektiv xəyanət” adlandırıb. Maraqlıdır ki, o bunu daha çox ermənilərin sabaha olan inamlarını dayandırmaları ilə əlaqələndirib. Afeyanın fikrincə, bu gün ermənilər elə duruma düşüblər ki, onlar artıq gələcək yox, daha çox keçmişlə yaşayırlar. Yəni hazırda ermənilər bir olaraq nə dəyişə, nə yarışa, nə də ki, haradasa qalib gələ biləcəklərinə də inamlarını itiriblər.
...Yəni fakt budur ki, ermənilər hələ də daimi olaraq soyqırımdan, yəni keçmişdən danışaraq yaşayırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB