Belarusda keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə yeni münasibətlər qurmaq niyyətində olduğunu bildirib.

Öz ölkəsinin Rusiya iqtisadiyyatı ilə nə qədər bağlı olduğunu bildirən müxalifətçi qadın hakimiyyətə gələcəyi təqdirdə Moskva ilə yeni, vicdanlı və şəffaf münasibətlər qurmalı olacağını bildirib.

Tixanovskayanın dediyinə görə, o, bu münasibətləri bir neçə prinsip üzərində qurmaq niyyətindədir: qanunun aliliyi və anlaşmaların şəffaflığı və açıqlığı.

Üçüncü prinsipə görə isə, Belarus öz öhdəliklərini yerinə yetirən və ticarət tərəfdaşlarını aldatmağa çalışıb bununla zənginləşməyə çalışan tərəfdaş olmayacaq.

Tixanovskayanın sözlərinə görə, ölkədə hakimiyyət dəyişikliyi olacağı təqdirdə, Belarus birbaşa xarici investisiyalarla maraqlanacaq, istehsal müəssisələrini modernləşdirəcək və belarusiyalı işçilərin ixtisaslarını artıracaq

Eyni zamanda, Tixanovskaya Rusiyaya Belarusun üzərinə götürdüyü öhdəliklərin yerinə yetiriləcəyinə inam verəcəyini və bunun əvəzinə tam hüquqlu ticarət və investisiya ortağına sahib olacağı vədini də verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə