“Hakimiyyət xalqı problemlərdən yayındırır...”

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya görə, Ukrayna hakimiyyəti ölkənin adını dəyişmək və ya Latın əlifbasına keçməklə bağlı bəyanatlar verib insanların diqqətini real problemlərdən yayındırmağa çalışır.

Keçmiş prezidentə görə, bu gün hakimiyyət əsassız cinayət işləri, müxtəlif bəhanələrlə ölkə müxalifəti məhv etməyə çalışır. Hakiniyyət yerli xalqların diqqətini yayındırmağa çalışan çılğın fikirlər təbliğ etməklə onları axmaq yerinə qoyub, bir növ onların hissləri ilə oynayır.

Qeyd edək ki, sabiq prezidentə görə, bu gün Ukraynanın adını dəyişmək, Latın əlifbasına keçmək...daha nələr, nələr nəyə və ya kimə lazımdır axı? Poroşenko dövlət tərəfindən təbliğ edilən bütün bunların ancaq bir şeyə xidmət elədiyinə əmindir-xalqın diqqətini qarşılışdıqları problemlərdən yayındırmağa...

Yeri gəlmişkən, Poroşenko əksər Ukrayna telekanallarından da gileylənib. Onları ölkədəki real problemləri insanlara hərtərəfli şəkildə çatdıra bilməməkdə “ittiham edub”

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksi Danilov həmvətənlərini kiril əlifbasından qurtulmağa və Latın əlifbasına keçməyə çağırmışdı. Bununla yanaşı o, ikinci dövlət dili statusunun ingilis dilinə verilməsinin zəruriliyini də bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə