Ermənilər müstəqillik gününü qeyd etmək istəmirlər

İrəvan polisi hökumətin sentyabrın 21-də şəhərdə Ermənistanın müstəqilliyinin 30 illiyinin keçirilməsi planlarına qarşı çıxan aksiya iştirakçılarını saxlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, "ölkədə bayram əhval-ruhiyyəsi olmasa da, müstəqilliyin ildönümünü lazımi şəkildə keçirmək lazımdır". O əlavə etmişdi ki, sentyabrın 21-də Respublika meydanında genişmiqyaslı, rəngarəng bayram tədbiri olacaq və bu ilk növbədə "Ermənistanın suverenliyi, təhlükəsizliyi, müstəqilliyi, eləcə də Qarabağ uğrunda ölənlərin xatirəsinə həsr ediləcək".

Qarabağda ölən erməni hərbçilərin qohumları isə bayram tədbirlərinin ləğvini tələb ediblər. Ölkədə cümə və şənbə günləri etiraz aksiyalarının keçiriləcəyi haqda çağırışlar səslənib.

Etirazçılar "Moskva" kinoteatrının qarşısında toplaşaraq Respublika meydanına getmək istəyiblər, ancaq polislər onların qarşısını kəsərək bir neçə nəfəri saxlayıblar.

Polisdən bildirilib ki, sentyabrın 20-21-də Respublika meydanına aparan bütün yollar bağlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə