Səs verməyə getməyən...işdən qovulacaq?

Deməli, şimal qonşumuzdan daxil olan məlumata görə, üç gün- 17, 18 və 19 sentyabrda Rusiyada Dövlət Dumasına kecirilən seçkilərin ilk günü çox passiv keçib. Belə ki, Moskva vaxtı ilə saat 20:00-da seçkidə iştirak edəcək seçicilərin cəmi 16,85 faizi iştirak edib.

Qeyd edək ki, seçicilərin sayının az olmasına baxmayaraq, amma şikayətçilərin sayı bir xeyli olub. Maraqlıdır ki, bunu MSK sədri Ella Pamfilova özü də təsdiq etməyə məcbur olub.

Onun dediyinə görə, yoxlanılan son üç şikayətdə hətta təzyiq olduğu da təsdiqini tapıb. Pamfilova “...insanların seçkilərə getməyəcəkləri təqdirdə işdən çıxarılacağı ilə hədələndiklərindən şikayət etdikləri bir neçə şikayət var ki, bu da hüquq -mühafizə orqanları tərəfindən araşdırılacaq”-deyə bildirib.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə