681 milyondan çox insan istiyə məruz qalıb

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, yeni növ koronavirus epidemiyası başlayandan bəri, iqlim dəyişikliyi səbəb olduğu fəlakətlərin 139,2 milyon insana təsir etdiyini və 17 mindən çox insanın öldüyünü açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hesabatda 681 milyondan çox insanın həddindən artıq istilərə məruz qaldığı və Covid-19 epidemiyası başlayandan bəri iqlim dəyişikliyi səbəb olduğu fəlakətlərin 139,2 milyon insana təsir etdiyi və 17 min 242 insanın öldüyü bildirilib.

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Fransesko Rokka BMT Baş Qərargahında keçirdiyi mətbuat konfransında, "Dünyanın, iqlim dəyişikliyi və Covid-19-un cəmiyyətlərin sərhədlərini itələdiyi görünməmiş bir humanitar böhranla üzləşdiyini" söyləyib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə