Britaniyada koronavirusdan daha 158 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 26 911 yoluxma halı qeydə alınıb.

"Sinxua"nın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 339 009 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 158 nəfər, hazırkı dövrədək isə 134 805 nəfər vəfat edib.(SİA)

Bütün xəbərlər Facebook səhifəmizdə