ABŞ Çinlə münasibətlərindəki məqsədi açıqladı

ABŞ Çinlə münasibətlərindəki məqsədi açıqladı

ABŞ Çinlə münaqişə və ya soyuq müharibə istəmir, əksinə açıq ünsiyyət kanalları ilə əlaqələrini davam etdirmək istəyir.

Qeyd edək ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Hind-Sakit okean bölgəsində ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə əməkdaşlığını şərh edən Ağ Ev nümayəndəsi bildirib ki, razılaşma heç-bir ölkəni hədəfə almır.

C.Psaki qeyd edib ki, razılaşma ABŞ-ın strateji maraqlarının və regionda sabitliyin qorunmasına yönəlib: "Çinə gəlincə, biz onlarla sərt rəqabətə hazırıq, amma münaqişə axtarmırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə