“...Amerika Birləşmiş Ştatları 2022-ci il Nümayəndələr Palatası seçkilərindən və 2024 -cü il prezident seçkilərindən sonra bir dövlət olaraq mövcudluğunu dayandıracaq”.
Amerikanın “ Huffington Post” nəşri xəbər verir ki, bu proqnozu keçmiş Amerika lideri Donald Tramp verib.
Onun fikrincə, Cozef Baydenin inauqurasiyasından bəri Birləşmiş Ştatlar “əvvəllər heç olmadığı kimi enişlə getməkdədir”.
Xatırladaq ki, bir müddət əvvəl Tramp vəzifədə olduğu son günlərdə Çinə qarşı nüvə silahı istifadə etmək planlarından şübhələndiyi bildirilmişdi. Onun sözlərinə görə, bunun qarşısını almaq üçün Birləşmiş Qərargah rəisi general Mark Milli müstəqil olaraq gizli tədbirlər gördü.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB