ABŞ -ın Şimali Atlantika Alyansındakı Daimi Nümayəndəsi vəzifəsinə namizəd olan Julienn Smit, konqres dinləmələrində, yaxın gələcəkdə NATO üçün əsas hərbi təhlükənin Rusiya olaraq qalacağını bildirib.
Onun sözlərinə görə, Rusiya hələ də Avropa-Atlantik bölgəsi üçün ən böyük geosiyasi təhdid olaraq qalır. Maraqlıdır ki, Smit əlbəttə ki, yaxın gələcək və ümumiyyətlə yaxın on il ərzində Moskvanın NATO ittifaqı üçün ən böyük hərbi təhlükə olaraq qalacağını da istisna etmir.
“...Rusiyanın təcavüzü bu gün də davam edir, istər şərti qabiliyyətlər, istərsə də NATO hava sahəsinə müdaxilələr, hədə -qorxu və ya kiberhücumlar olsun. Məhz bütün bunlara görə biz də müxtəlif vasitələrdən istifadə edərək qarşı tərəfin gördüyü hərəkətlərə görə Rusiyanı məsuliyyətə cəlb etməliyik”-deyə Smit bildirib.
Qeyd edək ki, Smit ruslara qarşı əks həmlələrdən biri kimi, onların "Şimal axını 2" ixrac qaz kəmərini istismara verməsinin arzuolunmaz nəticələrini rllaşdırmaq üçün çalışmaqda görür.
Onu da qeyd edək ki, Smit bununla yanaşı, Türkiyəyə də “çətin suallar” verməyə davam edəcəyini və Ankaranı Rusiyadan “ S-400” hava hücumundan müdafiə sistemlərinin alınmasının yolverilməz olduğuna inandırmağa çalışacağənə da qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB