Fransanın Avropa Parlamentindəki deputatı Tyerri Mariani, Rusiya ilə Avropa Birliyinin əlaqələrini Soyuq Müharibə səviyyəsində davam etdiriləcəyini söyləyib. O bu fikirləri tərəflərin əlaqələrinə dair hesabat verərkən bildirib.
Maraqlıdır ki, "İzvestiya" qəzetinə verdiyi müsahibədə fransalı deputat təqdim olunan hesabatın irreal, yəni “aşırı realizm” ola biləcəyini də istisna etməyib. Deyim ki, əslində tarixdə “aşırı realizm” kimi təqdim ediən münasibətlərin ən qısa dövrü 40 il kimi göstərilir. Nə isə…
O da maraqlıdır ki, Mariani, bu sənəddə yeni bir şey görmədiyini də gizlətməyib. Onun sözlərinə görə, bu gün Avropa öz sərhədlərində Rusiyadan gələn təhlükəni elan etməyə hələ də davam edir və müəyyən lobbinin təzyiqi altında yeni sanksiyalar tətbiq etmək niyyətindən də cəkinmir.
Qeyd edək ki, bu sənədi qeyri –real kimi gördüyünü bəyan edən fransalı deputat əsas kimi, Avropanın Rusiya ilə müharibə etmədiyini göstərir.
Onu da bildirək ki, Avropa Parlamentinin hesabatından təəssüfləndiyini bildirən Mariani buna səs vermək niyyətində olmadığını da söyləyib. O, Avropa Parlamentinin Rusiya ilə dialoq üçün imkanlar axtaracağına da əmin olduğunu bildirib. Onun fikrincə, “…mövcud yola davam etmək dünya üçün sadəcə olaraq, təhlükəlidir”.
Xatırldaq ki, daha əvvəl Avropa Parlamentində təmsil olunan siyasi qruplar, o cümlədən Litvanın keçmiş Baş naziri Andrius Kubiliusun Avropa Birliyinin Rusiya ilə əlaqələrinə dair hazırladığı yeni hesabatı razılaşdırmışdılar.
Onu da qeyd edək ki, Avropa Parlamentinin qərarları elə də məcburi deyil, ancaq Avropa Birliyi ölkələri üçün bir tövsiyədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB