Rusiya Prezidenti Vladimir Putin, Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı səsvermədə iştirak etmək istəyi ilə ölkə sakinlərinə müraciət edib. O, ölkə vətəndaşlarının onlar üçün əlverişli olan namizədlərdən birinə səs verə biləcəyini vurğulayıb. Rusiya Prezidentinin dediyinə görə, ruslar seçki məntəqələrində və ya uzaqdan səs verə bilərlər. Onun sözlərinə görə, müasir texnologiyalar elektron səsvermənin etibarlılığını və təhlükəsizliyini təmin edəcək. Deyim ki, SİA bu barədə rus saytlarının yaydığı məlumata istinad edir.
Vladimir Putin, hər bir rusun balanslı, məsuliyyətli və vətənpərvər bir vətəndaş mövqeyinə güvəndiyini söylədi. Bununla yanaşı o, ümid edir ki, ölkə xalqı Rusiyanın xeyrinə işləyəcək, xalqının və hər bir vətəndaşın mənafeyinə uyğun hərəkət edəcək millət vəkillərinə səs vermək istəyəcək: “...Zəhmət olmasa, seçiminizi edin”deyə Putin ruslara müraciət edib.
Bir daha xatırladaq ki, Duma və digər seçki məntəqələrində səsvermə 17-19 sentyabrda keçiriləcək. Hazırda 14 partiya Dövlət Dumasına namizədlərin federal siyahısını qeydə alıb. Bunlar Rusiya Federasiyası Kommunist Partiyası, Yaşıllar, Liberal Demokrat Partiyası, Yeni İnsanlar, Vahid Rusiya, Ədalətli Rusiya - Həqiqət üçün, Yabloko, Böyümə Partiyası, Rus Azadlıq və Ədalət Partiyası, Rusiya Kommunistləri , “Vətəndaş Platforması”, “Yaşıl Alternativ”, “Vətən” və Pensiyaçılar Partiyasıdır.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB