“Bu hökumətdən izahat tələb edilməlidir...”

“...Biz hökumətin dəyişməsini tələb edirik. Sizcə bu gün ölkədə bir şey dəyişdimi? Hazırda hakimiyyət qələbə illüziyasından əziyyət çəkir. Deyirlər: qazandıq, xalq bizi bağışladı, bizə yeni bir mandat verdi və hər şeyi qanuniləşdirdi. Amma, əslində bu belə deyil. Bu gün mən soxsaylı vətəndaşlarla ünsiyyət qururam. Onların bir hissəsi apatiya, yəni etinasızlıq içərisindədirlər, digər bir hissəsi mühacirətdə olduqlarını söyləyir, üçüncüsü isə Nikol Paşinyanın onlardan biri olduğunu düşünür və hər hansı bir tənqidə düşmənçiliklə yanaşır, söyüş söyməyə başlayırlar. Bunları görmək çox çətindir. Xalq başa düşməlidir ki, bu adamlar hakimiyyətdə qaldıqları halda hər gün təhlükəsizlik sistemini dağıdır, ölkəni hissə -hissə təslim edirlər, Onlar başa düşmürlər ki, bundan sonra onlar Ermənistanın və “artsax”ın maraqlarını irəli sürə bilməyəcəklər”.
Bildirim ki, bu barədə 2018-2019 -cu illərdə baş nazır Nikol Paşinyanın təyinatı ilə bir ildən ay yarım artıq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olmuş, hazırda isə "Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan başına topladığı bir qrup erməni jurnalistinə verdiyi açıqlamada bildirib.

...“Bu gün ölkə səlahiyyətliləri delimitasiya və demarkasiyanın gündəmə daxil edilməsinin onlar üçün çətinliklər yaradacağını yaxşı başa düşürlər, amma buna baxmayaraq yenə də gizli yolla da olsa buna razılaşıblar. Əslində bütün bu razılaşmalar Azərbaycan üçün əlverişli şərtlərlə həyata keçirilir”-deyən Vanetsyana görə, bu gün xalq ayağa qalxmalı, üsyan etməli, gəlib həm müxalifətdən, həm də bu hökumətdən izahat tələb etməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə