Körpələr vaksin olunacaq? - DİQQƏT!

Amerikanın əczaçılıq şirkətinin 6 aylıq olan uşaqlardan 5 yaşa qədər olan uşaqların “Pfizer” peyvəndini vurması üçün ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edəcəyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pzifer şirkətinin maliyyə direktoru Frank Damelio “Pfizer” və “Biontech” şirkətlərinin 6 aylıq olan uşaqlardan 5 yaşa qədər olan uşaqların vaksin olunması üçün FDA razılığı üçün müraciət edəcəklərini söyləyib.

Qeyd edək ki, “Pfizer”, “Biontech” və “Moderna” peyvəndləri 12 yaşdan yuxarı olanlar üçün Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiq edilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə