Çin səfirinə qadağa tətbiq olundu

Lordlar və İcmalar Palatasının spikerləri Çin səfiri Çjen Zequan-ın Britaniya Parlamentinin binasına daxil olmasını qadağan ediblər. SİA xəbər verir ki, bu barədə “The Guardian” yazır.

“The Guardian” yazdığına görə, belə bir qərarı Pekinin tətbiq etdiyi sanksiyalara cavab olaraq verdikləri qeyd olunur. Çinə simpatiyalı tərəflərin nümayəndələri ilə diplomatın görüşü planlaşdırılırdı.
Materialda qeyd olunduğuna görə, aşağı palatanın rəhbəri Lindsi Hoyl bəyan edib ki, məhdudiyyətlərin qüvvədə qaldığı müddətcə binaya ziyarətə qoyulan qadağa da qüvvədə qalacaq. Onun Lordlar Palatasındakı həmkarı Con McFell əlavə edib ki, bu hərəkət səfirlə birgə tədbirlərin bitməsi demək deyil, bu başqa yerlərdə keçirilməlidir.

The Guardian yazır ki, Çinin Londondakı Səfirliyi parlamentin belə bir addımını "hiyləgər və qorxaq bir hərəkət" adlandırıb. Səfirlik vurğulayıb ki, ingilis siyasətçilərə qarşı tətbiq edilən sanksiyalar, Uyğur hüquqlarını pozmaq ittihamı ilə Çin səlahiyyətlilərinə edilən məhdudiyyətlərdən sonra verilən cavab tədbiridir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə