“Rusiya Avropada nifaq salmaq istəyir”

Avropa Birliyi diplomatiyasının rəhbəri Josep Borrell, Rusiyanın Avropa ölkələri arasında nifaq salmaq istəyindən danışıb.

SİA bu barədə rusların “İnterfaks” saytına istinad edir. yayıb.

“Bu gün bizim Rusiya ilə münasibətlərimizdəki ən böyük sərvətimiz birliyimiz olmalıdır. Çünki Rusiyanın aramızda nifaq salmaq istədiyi məlumdur” –deyən Borrell, buna görə də Avropa ölkələrini Rusiya tərəfi ilə münasibətlərdə birlik olmağa çağırıb.

Maraqlıdır ki, birlik rəhbəri Rusiyanı Əfqanıstandakı vəziyyəti idarə etməməyə çağırış edib. Onun fikrincə, bu gün bütün bunlara baxmayaraq, “...Rusiya hələ də beynəlxalq aləmdə əsas oyunçudur və “onun tezliklə yox “lacağı” inandırıcı görünmür. Bu səbəbdən, Avropa Birliyi daha az münaqişəyə, daha sabit münasibətlərə nail olmağa kömək edəcək bir yol tapmalıdır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə