Yaponiyada yerli vaxtla 07:46-da zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yaponiyanın Tokaido bölgəsinin cənub sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ ölkənin şərqində Sakit Okeanla üzbəüz olan Tokaido bölgəsinin cənub sahillərində qeydə alınıb.

Yerli vaxtla saat 07:46-da 450 kilometr dərinlikdə qeydə alınan 6,2 bal gücündə zəlzələ Saitama, Kanaqava və Çiba əyalətlərində hiss edilib.

Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə