“SWIFT” banklararası köçürmə sistemindən əldə edilən məlumatlara görə, iyulun sonunda, 2016 -cı ildən bəri ilk dəfə olaraq, Rusiya rublu beynəlxalq ödənişlərdə 0,18 faiz payla dünyanın ən populyar 20 valyutası sırasına daxil olub.

Daha əvvəl, yəni 2016 -cı ilin dekabr ayında Rusiya milli valyutası 0,26 faiz payla bu reytinqdə 20 -ci yerə qalxmışdı.

Bu ilin iyul ayında birinci yerdə ABŞ dolları (39,38faiz), ikinci yerdə avro (38,43 faiz) idi. Üçüncü yeri 5.99 faiz böyük bir fərqlə İngilis funt sterlinqi tutdu.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, beş liderə Yapon yen (2.74 faiz) və Çin yuanı (2.19 faiz) daxil olub. Mütəxəssislərin fikrincə, rublun bu reytinqə daxil olması onun ticarət tərəfdaşları ilə beynəlxalq hesablaşma vasitəsi kimi Rusiya tərəfindən fəal şəkildə təbliğ edilməsi ilə asanlaşdırılıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə