Norveçdə parlament seçkilərində sol müxalifət qalib gəlib

Norveçdə keçirilən parlament seçkilərində Yonas Qara Sterenin başçılıq etdiyi İşçi Partiyası qalıb gəlib.

Bu barədə səslərin 97 faizinin hesablanması nəticəsində bildirilib.

Norveçin hazırkı Baş naziri Erne Solberq ölkəni 8 il idarə edən Mühafizəkarlar Partiyasının məğlubiyyətini etiraf edərək rəqibi qələbə münasibətilə təbrik edib.

Parlamentdəki 169 yerdən 104 -nü 5 müxalifət partiyasının alacağı gözlənilir ki, bunların da 88-i İşçi Partiyası alacaq. (SİA)

Bütün xəbərlər Facebook səhifəmizdə