Dəhşətli tufan - 17 NƏFƏR ÖLÜB

Filippində Conson tufanının səbəb olduğu fəlakət və qəzalarda ölənlərin sayı 17-yə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tufanda 9 min binanın zədələndiyi, 7 itkin düşmüş şəxsin axtarışları isə davam edir.

Qeyd edək ki, tufan nəticəsində 7 nəfər itkin düşüb və 24 nəfər isə yaralanıb, 313 mindən çox insanın zərər çəkdiyi bildirilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə